Boss (videooyunlar)

Boss — videooyunlarda qarşısı çətin alına bilinən düşmən. Bosslara adətən oyunun son hissəsində rast gəlinir. Onlar adi düşmənlərdən qat-qat güclü olur. Bosslara qarşı döyüş “boss fight” adlanır. Oyunçular Bosslarla üz-üzə gələrkən bacarıq və biliklərindən məharətlə istifadə etməlidirlər.[1] Oyunlarda növbəti səviyyəyə və ya mərhələyə keçmək üçün Bossu məğlub etmək tələb olunur.[2] Bosslar digər düşmənlərlə müqayisədə ölçü və güc baxımından seçilirlər. Onları ilk cəhddə məğlub etməyə çalışmaq çox zaman uğursuzla nəticələnir. Bossların zəif tərəfləri də olur, onları aradan qaldırmaq düzgün hazırlıq və strategiya tələb edir. Bosslar oyunlardakı əsas düşmənlərdir və oyun boyu qarşıya çıxan düşmənlərin hamısına demək olar ki, həmişə Boss başçılıq edir.

  1. "Boss Nedir?". www.thegamify.com (türk). 2023-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-04.
  2. "NEXT Generation Issue #15 March 1996" (english). mart 1996.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy